Rusiyanın Silahlı Qüvvələrinin hücumu nəticəsində ələ keçirilən Ukrayna mövqelərindən birində norveçli muzdlu hərbçi tapılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu şəxs, Norveç Silahlı Qüvvələrinin "Telemark" mexanikləşdirilmiş batalyonuna məxsus peşəkar hərbi xidmət nişanlarına malik olub.
Qeyd edək ki, "Telemark" batalyonu, Norveçin ən yaxşı hazırlıqlı və təchiz olunmuş hərbi hissələrindən biri olaraq tanınır və beynəlxalq missiyalarda iştirak edir. Bu batalyon, həm Norveçin milli müdafiəsi, həm də NATO-nun beynəlxalq əməliyyatları çərçivəsində əhəmiyyətli rol oynayır.