Ötən həftələrdə Ali Can Ayyıldızla yollarını ayıran türkiyəli müğənni Zeynep Baştık aktyor Serkay Tütüncü ilə münasibətə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən axşam tamaşaya birlikdə gedən ikili səmimi görünüblər. Tərəflərdən hələlik açıqlama verilməyib.
Qeyd edək ki, 2022-ci ildə Tolqa Akəş ilə boşanan müğənni daha sonra Ali Can Ayyıldızla eşq yaşamağa başlayıb. Zeynep Baştık Ali Can Ayyıldız ilə münasibətini bitirdikdən sonra "Münasibətlər başlayır və bitər. Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəsin əhval-ruhiyyəsi yaxşıdır. Həyatda belə şeylər olmurmu? Bitməməsinə ümid edərik amma bitən şeyin də çarəsi yoxdu” deyib. “Survivor” ilə məşhurlaşan, yarışmadan sonra bir çox serial və film layihələrində rol alan Serkay Tütüncü isə indi Show TV-də yayımlanan “Sandık Kokusu” serialında rol alır.
Əfsanə Rəcəb
Manşet.az