Zeynep Baştık bu məşhur aktyor ilə eşq yaşamağa başladı

11:27 - 30 May 2024

Zeynep Baştık bu məşhur aktyor ilə eşq yaşamağa başladı

Ötən həftələrdə Ali Can Ayyıldızla yollarını ayıran türkiyəli müğənni Zeynep Baştık aktyor Serkay Tütüncü ilə münasibətə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən axşam tamaşaya birlikdə gedən ikili səmimi görünüblər.  Tərəflərdən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, 2022-ci ildə Tolqa Akəş ilə boşanan müğənni daha sonra Ali Can Ayyıldızla eşq yaşamağa başlayıb. Zeynep Baştık Ali Can Ayyıldız ilə münasibətini bitirdikdən sonra "Münasibətlər başlayır və bitər. Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəsin əhval-ruhiyyəsi yaxşıdır. Həyatda belə şeylər olmurmu? Bitməməsinə ümid edərik amma bitən şeyin də çarəsi yoxdu” deyib. “Survivor” ilə məşhurlaşan, yarışmadan sonra bir çox serial və film layihələrində rol alan Serkay Tütüncü isə indi Show TV-də yayımlanan “Sandık Kokusu” serialında rol alır.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az