Hollandiyanın Amsterdam Schiphol hava limanından Danimarkanın Billund şəhərinə uçmağa hazırlaşan təyyarənin işləyən mühərrikinə bir nəfər ilişərək ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu şəxsin sərnişin olub-olmaması və ya təyyarənin mühərriki işləyən zaman orada nə işlə məşğul olduğu bəlli deyil.
Təyyarə personalı və sərnişinlər hadisənin təyyarə geriyə doğru hərəkət edərkən baş verdiyini qeyd ediblər.
Hollandiyada nəşr olunan "De Telegraaf" qəzeti isə həmin çəxsin təyyarənin mühərrikinə atıldığını iddia edib.
Hollandiya polisi sərnişinlərin təyyarədən endirildiyini və məsələ ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Əfsanə Rəcəb
Manşet.az