Məşhur reperi 2 il köməkçisi olmuş qadın məhkəməyə verdi

15:33 - 04 İyun 2024

Məşhur reperi 2 il köməkçisi olmuş qadın məhkəməyə verdi

Məşhur amerikalı reper Kanye Uestə qarşı 2 il köməkçisi işləyən qadın tərəfindən onu cinsi qısnama, müqaviləni pozmaq və haqsız yerə işdən çıxarmaq ittihamı ilə bağlı iddia qaldırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lauren Pisciotta adlı qadın məhkəmədə ulduzun onunla telefonla danışarkən ədəbsiz mesajlar göndərdiyini və cinsi hərəkətlər etdiyini iddia edib.

O, 2022-ci ildə işdən çıxarıldığını, lakin onun 3 milyon dollarlıq (2,4 milyon funt sterlinq) işdən çıxma paketinin heç vaxt ödənmədiyini qeyd edib.

BBC onun iddialarına cavab almaq üçün Uestin vəkili ilə əlaqə saxlasa da, hələ də cavab almayıb.

İş ilk dəfə ABŞ-da TMZ tərəfindən bildirilib və BBC indiyədək ərizəni yoxlaya bilməyib.

Qeyd edilib ki, Uest Pisciottanı "24/7" hazır olmaq şərti ilə ildə 1 milyon dollar (780.000 funt sterlinq) maaşla şəxsi köməkçisi kimi işə götürüb və o, şərtləri qəbul edib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az