Hindistanda 6 həftəlik səsvermə bitdi: Baş nazir Modi öndədi

16:20 - 04 İyun 2024

Hindistanda 6 həftəlik səsvermə bitdi: Baş nazir Modi öndədi

Hindistanda 6 həftəlik səsvermədən sonra səslərin hesablanması prosesi başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazir Modinin rəhbərlik etdiyi partiyanın yarışa liderlik etdiyi açıqlanıb.

7 mərhələdən ibarət ümumi seçkilərdə Xalq Məclisinin (Lock Sabha) 543 üzvünü müəyyən etmək üçün səslərin sayılması davam edərkən, liderliyi ilə qurulan "Milli Demokratik Alyans (NDA)" yarışı davam edir. Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyası (BJP) irəlidədir.

Hindistan Seçicilər Kollegiyasının məlumatına görə, 1 milyarda yaxın seçici arasından federal parlament üzvlərini seçmək üçün verilən təxminən 650 milyon səsin hesablanması davam edir.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az