Ərdoğan yaxın günlərdə Putinlə GÖRÜŞƏ BİLƏR

22:19 - 24 İyun 2024

Ərdoğan yaxın günlərdə Putinlə GÖRÜŞƏ BİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Habertürk” telekanalına açıqlamasında bildirib.

“Yaxın günlərdə prezidentimizlə Putinin Qazaxıstanda görüşü baş tuta bilər”, - nazir vurğulayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Rusiya mediasına açıqlamasında bildirib ki, iki ölkə prezidenti arasında Astanada görüşün mümkünlüyü nəzərdən keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az