Kanadanın ən uzun çayı quruyur

09:59 - 09 İyul 2024

Kanadanın ən uzun çayı quruyur

Kanadanın ən uzun çayı olan Makkenzi çayında suyun səviyyəsi isti və quru hava səbəbindən rekord səviyyəyə düşüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hidroloq Rayan Konorun sözlərinə görə, çay artıq iki metr dayazlaşıb, baxmayaraq ki, adətən yayda dayazlaşma 50 sm-dən çox olmur.

Konnor bunu isti və quru hava, eləcə də davam edən iqlim dəyişikliyi ilə əlaqələndirib.

Qeyd edək ki, Makkenzi çayı 1738 km uzunluğundadır və Kanadanın beş bölgəsindən keçir.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az