ABŞ Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək

11:56 - 09 İyul 2024

ABŞ Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək

ABŞ oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə görə Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib.

Məlumatda qeyd edilib ki, Ağ Ev artıq hakim “Gürcü arzusu” partiyasını gözdən salmaq üçün kampaniya hazırlayıb.

"Əsas rolu ABŞ mediasına müsahibə verən Gürcüstan Prezidenti Salome Zurabişvili oynayacq. O, hökuməti Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları deqradasiyaya uğratmaqda günahlandıracaq. O, həmçinin "Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri" barədə xəbərdarlıq edəcək", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən qeyd edilib.

 

Fidan Ceyhunqızı

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az