Rusiyada boşanma rüsumu 8 dəfə artırıldı

15:13 - 10 İyul 2024

Rusiyada boşanma rüsumu 8 dəfə artırıldı

Rusiyada boşanma haqqı 8 dəfə - beş min rubla (96.60 AZN) qədər artırılıb.


Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Federasiya Şurası iclasında qəbul edilib.

Rusiyada həm qarşılıqlı razılıq, həm də məhkəmə yolu ilə boşanma üçün dövlət rüsumu 650 rubldan 5 min rubla qədər artırılır. Bundan əlavə, adın dəyişdirilməsinin məbləği də əhəmiyyətli dərəcədə artır - 1600 rubldan beş min rubla qədər.

Məlumata görə, dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Boşanma haqqının artırılması təşəbbüsü rus ailələrini gücləndirmək istəyi ilə izah edilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az