Səudiyyə Ərəbistanı Avropa ölkələrini hədələyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ər-Riyadın sözlərinə görə əgər G7-yə üzv ölkələr dondurulmuş Rusiya aktivlərinin təxminən 300 milyard dollarını müsadirə etmək qərarına gəlsə, ərəb ölkəsi Avropa borc öhdəliklərini sata bilər.
Səudiyyəlilər xüsusilə Fransa Xəzinədarlığı tərəfindən verilən borc istiqrazlarını nəzərdə tuturlar.
Bildirilir ki, krallıq on milyardlarla avro dəyərində Fransa istiqrazlarına sahibdir.
Qeyd olunur ki, G7-yə üzv olan bəzi ölkələr bu fikrə qarşı çıxır və bunun valyutanın məzənnəsini aşağı sala biləcəyindən ehtiyatlanırlar. Avropa rəsmiləri daha çox digər ölkələrin Səudiyyə Ərəbistanının yolu ilə gedə biləcəyindən narahatdırlar.
Fidan Əliyeva
Manşet.az