Təmizliyə gedən qadın qətlə yetirildi - Əzaları quyudan çıxdı

15:59 - 12 İyul 2024

Təmizliyə gedən qadın qətlə yetirildi - Əzaları quyudan çıxdı

Türkiyədə dəhşətli cinayət törədilib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İstanbulda yaşayan ailə 23 yaşında olan qızlarının itkin düşməsi ilə bağlı polisə məlumat verib. Polis  E.R.A.-nın təmizlik işi görək üçün ən son getdiyi evi müəyyənləşdirib.Təmizliyə getdiyi evdə şübhəli şəxs tərəfindən boğularaq öldürülən qadının cəsədinin parçalandığı müəyyən edilib. Evin sahibi olan 43 yaşlı kişi saxlanılıb.

Şübhəlinin ifadəsində qətli törətdiyini etiraf edib. F.D. adlı şəxs gənc qızı boğaraq öldürdüyü, başını, qollarını, gövdəsini və ayaqlarını kəsərək qara çantaya yığdığını söyləyib.

Sonra qatil cəsədi tikintidə olan quyuya atıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az