Türkiyə Ordusu şəhid verdi

19:58 - 12 İyul 2024

Türkiyə Ordusu şəhid verdi

Türkiyə Ordusunun bir əsgəri şəhid olub, digəri isə yaralanıb.

 

Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, kəşfiyyat kiçik zabiti baş çavuş Bahadır Rıdvan Tələt Pəncə-Kilit əməliyyatı bölgəsinə yerləşdirilən əldəqayırma bombanın partlaması nəticəsində şəhid olub.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Pençe-Kilit" əməliyyatı bölgəsində 12 iyul 2024-cü il tarixində qəhrəman silahdaşımız  əvvəlcədən yerləşdirilmiş əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində kəşfiyyat kiçik zabiti baş çavuş Bahadır Rıdvan Tələt şəhid olub, bir qəhrəman yoldaşımız yaralanıb və xəstəxanaya göndərilib" - deyə bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az