Belarus dövlət nömrə nişanlı avtomobillərinin bu ölkəyə girişi qadağan edildi

17:35 - 17 İyul 2024

Belarus dövlət nömrə nişanlı avtomobillərinin bu ölkəyə girişi qadağan edildi

Litva sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri Litvaya buraxmayacaqlar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın gömrük idarəsi məlumat yayıb.

Məlumata görə, Litva iyulun 18-dən Belarus nömrəli minik avtomobillərinin girişini bağlayacaq.

“Belarus dövlət nömrə nişanlı avtomobillərin Aİ ərazisinə, o cümlədən Litvaya girişinə qadağa qoyulması haqqında qərar Aİ tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq qəbul edilib”.

Qeyd olunub ki, Baltikyanı respublikanın ərazisində yerləşən belə qeydiyyatı olan avtomobillər altı ay ərzində, yəni yanvarın 18-dək Litvanı tərk etməli olacaqlar.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az