Qəzzada oktyabrdan bəri 500 tibb işçisi həlak olub.
Manset.az BMT-nin açıqlamasına istinadən xəbər verir ki, 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirilən hücumlarda 500-dən çox tibb işçisi həyatını itirib.
Bildirilib ki, bölgədəki səhiyyə müəssisələrinin 60 faizi vətəndaşlara xidmət göstərə bilmir. Bombalanan xəstəxanaların sayı 23-ə çatıb. Ümumilikdə isə Qəzzada 36 xəstəxana mövcuddur.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, edilən hücumları nəticəsində Qəzzada 500-dən çox tibb işçisi ölüb.
Fidan Əliyeva
Manşet.az