"Google ABŞ-də prezident seçkisinə müdaxilə edir" - İlon Mask

11:42 - 29 İyul 2024

\"Google ABŞ-də prezident seçkisinə müdaxilə edir\" - İlon Mask

"Google" ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı sorğuları bloklayaraq ABŞ-də prezident seçkisinə müdaxilə edə bilir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-li iş adamı və sahibkar İlon Mask özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

Mask paylaşımda - "Donald Trampla bağlı axtarışlara "Google"da qadağa qoyulub. Seçkiyə müdaxilə?" - yazıb və ona "axtarış sətrinə "Prezident Donald" yazdığınız zaman sistemin "Prezident Donald Reyqan" və ya "Prezident Donald Dak" ifadələrini çıxarır" yazısı olan skrinşot əlavə edib.

Изображение


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az