Parisdə evsizlər çadırlarla etiraz etdilər - VİDEO

12:28 - 08 Avqust 2024

Parisdə evsizlər çadırlarla etiraz etdilər - VİDEO

Paris-2024 Yay Olimpiada Oyunlarından əvvəl Parisin mərkəzindən çıxarılaraq kəndlərə sürülən evsizlər etiraz ediblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “sosial təmizləmə”nin qurbanı olan insanlar turistlərin foto çəkdirməsi üçün qoyulan olimpiya halqalarının yerləşdirildiyi yerdə çadırlarla düşərgə qurublar.

Etirazçı qrupun iddialarına görə, 12 mindən çox insan olimpiya oyunlarının keçiriləcəyi yol boyunca yerləşən gecəqondulardan qovulub.

Etirazçılar çadırların üzərinə “sığınmaq haqqımızdır” yazılı plakatlar asıblar. Meydanda hüquq müdafiəçiləri də onlara dəstək olub.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az