Hollandiya hakimiyyəti "Uber" şirkətini 290 milyon avro (550 milyon manat) cərimələyib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hollandiya Məlumatların Mühafizəsi Təşkilatından verilən açıqlamada bildirilib ki, buna səbəb "Uber"in Avropadakı taksi sürücülərinin bank hesabları, taksi lisenziyaları, şəxsi fotoşəkillər, ödəniş məlumatları, şəxsiyyət sənədləri, cinayət və tibbi qeydlər kimi müxtəlif şəxsi məlumatlarının lazımi qaydada qorunmaması və müvafiq qaydada ABŞ mühafizə orqanlarına göndərməsi olub.
"Uber" şirkəti isə bu iddiaları təkzib edib və apellyasiyaya müraciət edəcəyini bildirib.
“Uber”in mətbuat katibi bildirib ki, bu, qərəzli qərardır və qeyri-adi cərimə tamamilə əsassızdır:
"Biz müraciət edəcəyik və sağlam düşüncənin qalib gələcəyinə əminik",-deyə o əlavə edib.
Fidan Əliyeva
Manşet.az