İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun əvvəlində istefa ərizəsini təqdim etdikdən sonra yenidən Məsud Pezeşkiana vitse-prezident vəzifəsinə qayıdıb.
Manset.az xəbər verir ki, Zərif bu barədə "X" sosial şəbəkəsində məlumat verib:
"Prezidentlə diqqətlə fikirləşib məsləhətləşdikdən sonra və onun yazılı sərəncamlarına uyğun olaraq bundan sonra da Prezidentin strateji məsələlər üzrə müavini kimi öz vəzifələrimi layiqincə yerinə yetirəcəyəm".
Avqustun 1-də Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin etmişdi. Lakin nazirliyə namizədlərin adları təqdim edildikdən təxminən iki həftə sonra istefa vermişdi.
Cavad Zərif bunu kabinetin yeni tərkibindən narazılığı və ikili ABŞ vətəndaşlığına malik övladları ilə bağlı xarici təzyiqlərə məruz qalması ilə əlaqələndirib.
Onun yenidən təyinatı prezident Pezeşkiyanın hökumət daxilində müxtəlif siyasi qüvvələri balanslaşdırmaq məqsədi daşıyan strateji addımı kimi qiymətləndirilir.