Bu ölkə BƏƏ-dən 160 ton qızıl idxal edəcək

16:52 - 28 Avqust 2024

Bu ölkə BƏƏ-dən 160 ton qızıl idxal edəcək

Hindistan cari 2024-2025 maliyyə ilində (1 apreldən başlayaraq) 1% güzəştli tarif dərəcəsi ilə Birləşmiş Ərəb Əmirliklərindən 160 tona qədər qızıl almaq niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə Hindistan höküməti məlumat verib. 

Qızıl idxalı iki ölkə arasında 2022-ci il mayın 1-dən qüvvəyə minən Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinə uyğun olaraq həyata keçiriləcək.

Hökumətin məlumatlarına görə, son maliyyə ilində Hindistan qızıl idxalını artırıb, onun ümumi həcmi 30% artaraq 45,54 milyard dollar təşkil edib, 2024-cü ilin aprel-iyul aylarında isə Hindistanın xarici qızıl alışları 4,23% azalaraq 12,64 dollar təşkil edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az