Alman şirkətlərinə 1 illik kiberhücumlar 267 milyard avro (506 milyard manat) itkiyə səbəb olub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Almaniyanın informasiya, rabitə və yeni media sektorlarının çətir təşkilatı BITKOM-un 1000 şirkətlə keçirdiyi “kiber hücumlar” sorğusunun nəticələri açıqlanıb.
Paytaxt Berlində sorğu nəticələrini açıqlayan BITKOM prezidenti Ralf Vinterqerst Almaniya iqtisadiyyatı üçün kibertəhlükə vəziyyətinin pisləşdiyini və şirkətlərin qoruyucu tədbirlərini daha da artırması lazım olduğunu bildirib.