İnsanabənzər robotlar qocalar evində işləməyə başladı

18:17 - 28 Avqust 2024

İnsanabənzər robotlar qocalar evində işləməyə başladı

Almaniyada qocalar evində insanabənzər robotlar işləməyə başlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Könüllülər tərəfindən idarə uzaqdan idarə olunan robotlar tibb bacıları və baxıcıların məşğul olduğu müddətdə yaşlıların tək qalmasının qarşısını alır.

İstifadəçinin hərəkətlərini tam olaraq təqlid edən robot təkərləri sayəsində də hərəkət edə bilir. İstifadəçinin üzü və səsi də robota ötürülür.

Tibb bacıları və baxıcılar robotlar sayəsində işlərinin asanlaşdığını deyirlər.

Robotun imkanları hələlik bunlarla məhdudlaşsa da, mühəndislər sistemi günü-gündən təkmilləşdirdiklərini bildirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az