Gürcüstanda pravoslavlıq dövlət dini olacaq?

12:18 - 29 Avqust 2024

Gürcüstanda pravoslavlıq dövlət dini olacaq?

Gürcüstan hökuməti Gürcüstan Pravoslav Kilsəsinin rəhbərliyinə ölkədə pravoslavlığın dövlət dini elan edilməsi təklifi ilə müraciət edib.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının rəsmisi Andria Caqmaidze məlumat verib.

"Pravoslavlığın dövlət dini elan edilməsi məsələsi qəti şəkildə qaldırılmır, ona görə də biz bunu müzakirə edəcəyik", - Caqmaidze bildirib.

Onun sözlərinə görə, son vaxtlar hökumət milli dəyərlərin və adət-ənənələrin qorunması xəttinə, sülh siyasətinə sadiqdir və kilsə üçün çox işlər görür.

Caqmaidze məlumat verib ki, hazırda patriarxlıq hökumətin bu təklifinin necə formalaşdırıla biləcəyi məsələsini müzakirə edir:

“Hakimiyyətdən də belə bir təklif var idi. Ona görə də biz bu təklifi hakimiyyətin kilsənin rolunu və statusunu daha da gücləndirmək istədiyi kontekstində nəzərdən keçirməliyik”, - o bildirib. 

 

 

Fidan Əliyeva

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az