NATO ölkələri Kiyevə uzaqmənzilli raketlərdən istifadəyə icazə verməyə çağırıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, üzv dövlətlər Ukraynanın Qərb müttəfiqləri tərəfindən təchiz edilmiş silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.
Lakin onların çağırışı qəbul olunmayıb.
Belə ki, Ukraynanın Qərb müttəfiqləri bu cür addımların Kremllə gərginliyi artıracağını iddia edərək, Rusiya ərazisinə birbaşa hücumlara icazə verməyib.
Fidan Əliyeva
Manşet.az