İsveçrə alimləri İlon Maskın "Neuralink" şirkəti ilə rəqabət aparacaq texnologiya hazırlayıblar.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Neuralin" şirkəti beyin çipləri istehsal edir. Ona rəqib şirkət isə "MiBMI" hər hərf üçün enerjiyə qənaət edən fərqli sinir kodlarından istifadə edərək yüksək dəqiqlik dərəcəsinə malikdir. O, daha kiçikdir və daha az enerji sərf edir.
Hazırda 31 simvolu emal edə bilən cihazın hədəfi 100 simvola çatmaqdır. "MiBMI" hələ sınaqdan keçirilməyib, lakin əvvəlki məlumatlarla 91 faiz dəqiqlik dərəcəsinə çatıb.
Tədqiqatçılar cihazı nitq və hərəkətə nəzarət kimi digər sahələrdə də istifadə etməyi planlaşdırırlar.