ABŞ-də keçmiş siyasətçi Robert Telles barəsində tənqidi xəbərlər yayan jurnalisti öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siyasətçi vəzifədə olarkən onun haqqında tənqidi məlumatlar verən araşdırmaçı jurnalist Jeff Germanı öldürməkdə günahkar bilinib .
Münsiflər heyəti qətlin “qəsdən, planlı” olduğunu və “pusqu” ilə törədildiyini müəyyən edib.
Jeff German, Clark Conty Dövlət İdarəetmə ofisində pis davranış iddiaları haqqında yazaraq, Tellesin düşmən iş mühiti yaratdığını və bir işçi ilə uyğun olmayan münasibətdə olduğunu bildirmişdi.
Onun haqqında tənqidi yazıların təsiri səbəbindən Telles 2022-ci ilin iyununda Demokratik ilkin seçkilərdə yenidən seçilməyib.
Daha sonra jurnalist 2022-ci il sentyabrın 2-də evinin qarşısında bıçaqlanaraq öldürülüb.