Yaponiya Çindən gələn təhdidlərə görə rekord büdcə tələb edir

18:15 - 30 Avqust 2024

Yaponiya Çindən gələn təhdidlərə görə rekord büdcə tələb edir

Yaponiya Müdafiə Nazirliyi Çindən artan təhlükə ilə əlaqədar 2025-ci il üçün 8,5 trilyon yen (59 milyard dollar) istəyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Büdcə tələbi nazirliyin avqustun 30-da keçirilən iclasında təsdiq edilib. Bundan sonra o, dekabr ayına qədər davam edəcək danışıqlar üçün Maliyyə Nazirliyinə veriləcək.

Orada deyilir ki, xüsusilə, 970 milyard yen “cavab zərbələri endirmə qabiliyyətinin gücləndirilməsinə”, o cümlədən onlar üçün uzaq mənzilli raketlərin və avadanlıqların hazırlanması və alınmasına yönəldilməlidir.

Qeyd edək ki, daha 103 milyard dollar dronların hazırlanması və alınmasına xərclənəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az