Belqorod atəşə tutuldu - Ölən və yaralananlar var

00:14 - 31 Avqust 2024

Belqorod atəşə tutuldu - Ölən və yaralananlar var

Rusiyanın Belqorod vilayəti atəşə tutulub.

Manset.az  xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub:

“Təcili yardım gələnə qədər bir qadın və dörd kişi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində altısı uşaq olmaqla 37 mülki şəxs xəsarət alıb. Eyni zamanda yeddi nəfər və üç uşağın vəziyyəti ağırdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az