100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan gürcü cüdoçu Quram Tuşişvili Paris Olimpiadasının 1/4 finalında Teddi Rinerlə qarşılaşmışdı.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, o, döyüş zamanı qeyri-idman davranışı nümayiş etdirib və qarşılaşmadan sonra onlar arasında insident baş verib.
Bu səbəbdən Quram Tuşişvili 6 aylıq diskvalifikasiya ilə cəzalandırılıb.