"ABŞ-nin ölkəmizin maraqlarını pozmaq üçün atdığı addımlar məqbul həddi aşıb" - Dmitri Peskov

16:55 - 02 Sentyabr 2024

\"ABŞ-nin ölkəmizin maraqlarını pozmaq üçün atdığı addımlar məqbul həddi aşıb\" - Dmitri Peskov

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ seçkiləri ilə bağlı dəyərləndirmə edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə verdiyi müsahibədə ABŞ seçkilərində namizədlərinin olmadığını ifadə edib.

"Mənim ABŞ seçkilərində tərəfdarı olduğum bir namizəd yoxdur. Ancaq təbii ki, demokratlar daha proqnozlaşdırıla biləndir. Putinin Baydenin proqnozlaşdırıla bilməsi ilə bağlı dedikləri demək olar ki, bütün demokratlar, o cümlədən xanım Harris üçün keçərlidir", - Peskov bildirib.

Eyni zamanda, o, ABŞ ilə münasibətlərdə yaxşılaşma gözləmədiklərini ifadə edib:

"ABŞ-nin ölkəmizin maraqlarını pozmaq üçün atdığı addımlar məqbul həddi aşıb. Bu səbəbdən münasibətlərin yaxşılaşması asan həyata keçə bilməz".

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az