ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini Dominikan Respublikasında ələ keçirib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatlar Maduronun təyyarəsinin alınmasının digər cinayət işləri ilə yanaşı ABŞ sanksiyalarını pozduğunu müəyyən etdikdən sonra onu ələ keçirib.