Putin onu BRİKS-ə dəvət etdi

11:35 - 03 Sentyabr 2024

Putin onu BRİKS-ə dəvət etdi

Rusiya prezidenti Vladimir Putin monqolustanlı həmkarı Uxnaqiyn Xurelsuxu bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Belə ki, sentyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Monqolustana rəsmi səfər edib. 

Putinin səfəri 1939-cu ildə Xalxin Qolda sovet və Monqolustan qoşunlarının Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə təsadüf edir.

“Mən sizi Rusiyaya, bu il BRiKS sammitinə ev sahibliyi edəcəyimiz Kazana dəvət etmək istərdim. Biz sizi gözləyirik”, - Putin bildirib.

O, həmçinin Xurelsuxu Rusiya və Monqolustan arasında müxtəlif sahələrdə, ilk növbədə iqtisadiyyatda qarşılıqlı əlaqəni müzakirə etməyə dəvət edib.

İki ölkənin liderləri arasında danışıqlar Ulan-Batorda Dövlət Sarayının binasında baş tutub.

Qeyd edək ki, Putin eyni zamanda Böyük Xuralın (birpalatalı parlament) sədri Daşzeqviin Amarbayasqalan və Baş nazir Luvsannamsrain Oyun-Erdene ilə də görüşməyi planlaşdırır.

Xatırladaq ki, Putin sonuncu dəfə beş il əvvəl Monqolustanda olmuşdu.

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az