Çin Uzaq Şərqi Rusiyadan geri alır? - AÇIQLAMA

14:53 - 03 Sentyabr 2024

Çin Uzaq Şərqi Rusiyadan geri alır? - AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün Rusiya və Çin haqqında açıqlama verən Tayvan müxtariyyətinin prezidentinə cavab verib. 

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, sentyabrın 2-də Tayvan müxtariyyətinin prezidenti Lay Qinqde Çinin XIX əsrdə Rusiyanın ərazisinə daxil olmuş torpaqlarını geri almasını təklif etmişdi :

"Əgər Çinin Tayvana qarşı iddiaları ərazi bütövlüyü ilə bağlıdırsa, ÇXR hakimiyyəti XIX əsrdə Rusiyaya verilmiş torpaqları da geri qaytarmalıdır".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya və Çin siyasətçilərin bu tip fikirləri ilə maraqlanmır, çünki Moskva və Pekin hər hansı ərazi iddialarından imtina etdiklərini rəsmən qeyd ediblər:

"Rusiya Lay Qingdenin Çinə ərazi güzəştləri ilə bağlı fikri ilə maraqlanmır", - Zaxarova bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Moskva “vahid Çin” prinsipini bölüşür və Tayvanı onun bir hissəsi hesab edir. 

Qeyd edək ki, hazırda Çin və Tayvan arasında gərginlik hökm sürməkdədir.

 

 

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az