Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRİKS sammitinə gəlmək dəvətini qəbul edib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov açıqlama verib.
"Təklif Türkiyə tərəfinə çatdırıldı və Ərdoğan onu qəbul etdi", - Uşakov bildirib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfərinin tarixlərinin hələ dəqiqləşmədiyini, bu işin davam etdiyini bildirmişdi.
Xatırladaq ki, BRİKS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Fidan Əliyeva
Manşet.az