ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizdə xam neft daşıyan iki tankerin Yəmən husiləri tərəfindən ballistik raketlərlə hücuma məruz qaldığını açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu hücumlar husilər tərəfindən vurulan və hələ də yanan Sounion neft tankerinin xilas edilməsi və tankerdəki 1 milyon barrel xam neft yükünün səbəb ola biləcəyi potensial ekoloji fəlakətin qarşısının alınması istiqamətində görülən işlər zamanı həyata keçirilib.
ABŞ-dən verilən açıqlamada bu hücumdan bir neçə saat sonra husilərin Səudiyyə Ərəbistanı bayrağı altında olan tanker gəmisini də atəşə tutduğu bildirilib.
Qeyd edək ki, hazırda Qırmızı dənizdə gərgin vəziyyət hökm sürür.