"Serbiya Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı heç vaxt sanksiyalar tətbiq etməyəcək və NATO-ya üzv olmayacaq".
Manset.az xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin açıqlama verib.
O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, Serbiya təkcə Rusiyanın strateji tərəfdaşı deyil, həm də müttəfiqidir və Rusiya ilə strateji tərəfdaşlığının korlanmasına heç vaxt icazə verməyəcək.
Xatırladaq ki, sentyabrın 3-də Putin və Serbiyanın Baş naziri arasında rəsmi görüş keçirilib.