Qonşu ölkədə LGBT-nin təbliği qadağan olnur

20:16 - 04 Sentyabr 2024

Qonşu ölkədə LGBT-nin təbliği qadağan olnur

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Qeyd olunub ki, bir sıra müxalifət partiyaları qərarı boykot etdiyi üçün parlamentin plenar iclasına qatılmayıb.

Qanun layihələri paketi 81 səslə qəbul edilib.

Layihələrdə eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur

Qeyd edək ki, iyunun 27-də Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihələri paketini birinci oxunuşda təsdiqləmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az