Fələstinli ayaqqabı ustası Saber Devvas sığınacaqdan tapdığı taxta və parçalardan müharibə səbəbilə zərərçəkmiş uşaqlara ayaqqabı düzəldir.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İsrail və Fələstin dövlətləri arasında gedən müharibə hər iki ölkənin vətəndaşlarına ciddi ziyan törətməyə davam edir.
Xan Yunus şəhərində yaşayan fələstinli ayaqqabı ustası Saber Devvas yoxsulluq və bahalıq ucbatından ayaqqabı ala bilməyən uşaqlara taxtadan və işlənmiş parçadan başmaq düzəldərək onları sevindirir.
Həmin görüntüləri təqdim edirik:











Fidan Əliyeva
Manşet.az