İran Prezidenti Məsud Pezeşkian Tehranda jurnalistlərin suallarını cavablandırıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Pezeşkian İran və Türkiyə münasibətlərinə böyük əhəmiyyət verdiklərini və bu yaxınlarda Türkiyəyə səfər edəcəyini vurğulayıb:
"Türkiyə İran xəttindən istifadə edərək Əfqanıstan, Pakistan və Türkmənistana rahatlıqla səfər edə bilər".
Daha sonra İran prezidenti bəyan edib ki, Vaşinqton administrasiyası düşmən münasibətindən əl çəkərsə, ABŞ ilə birbaşa danışıqlar apara bilər.
Həmçinin Pezeşkiyan Yəməndə husilərin İsrailə qarşı atdığı raketlərin İran tərəfindən göndərilməsi ilə bağlı iddiaları təkzib edərək, bu raketlərin onlarda olmadığını iddia edib.