İstanbulun Arnavutköy səmtində sahibindən qaçan keçilər tikilməkdə olan binanın damına qaçıb.
Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Damda 10-a yaxın keçi görən vətəndaş heyrətlə həmin anları lentə alıb. Komediya filmlərindəki səhnələri xatırladan görüntülər görənləri şoka salıb.