ABŞ Müdafiə naziri Lloyd Austin Vaşinqtonun göndərdiyi THAAD raketdən müdafiə batareyasının İsrailə yerləşdirildiyini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
THAAD-ın hazırda aktiv olub-olmaması ilə bağlı məlumat verməyən Austin bildirib ki, onların sistemi çox sürətli şəkildə aktivləşdirmə imkanı var və bütün proses onların istədiyi kimi irəliləyir.
Xatırladaq ki, Patriot hava hücumundan müdafiə sisteminin tamamlayıcısı hesab edilən THAAD 200-300 kilometr məsafədən hədəfləri vura bilir.