İsrail Livandan üzr istədi - SƏBƏB

17:25 - 21 Oktyabr 2024

İsrail Livandan üzr istədi - SƏBƏB

İsrail Müdafiə Qüvvələri Livan ordusunun 3 əsgərinin hava hücumunda öldürülməsinə görə üzr istəyib.

 

Manset.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Nadav Shoshani də sosial media hesabından mövzu ilə bağlı açıqlama verib:

"Bölgədəki yük maşını təsbit edən əsgərlər yük maşınına doğru hava hücumu təşkil ediblər. Yük maşınının Livan Ordusuna aid olduğu və 3 əsgərin öldürüldüyü məlum olub. Lakin bildirmək istəyirəm ki, İsrail Livan ordusuna qarşı əməliyyatlar keçirmir və bu gözlənilməz vəziyyətlərə görə üzr istəyir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az