Trampın keçmiş müşaviri həbs olundu

22:27 - 15 Noyabr 2021

Trampın keçmiş müşaviri həbs olundu

ABŞ-ın eks-prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon həbs olunub.

Manşet.az xəbər verir ki, o, Konqress komissiyasına ifadə verməkdən imtina etdiyi üçün qanunverici orqana hörmətsizlikdə ittiham edilib.

Kapitoliyə hücum işini araşdıran Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən həbs olunan keçmiş müşavirin məhkəmə qarşısına çıxarılacağı bildirilib.

Qeyd edək ki, Bennon Trampa arxayın olaraq, istintaqla əməkdaşlıq etməkdən boyun qaçırıb.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az