Qazaxıstanda partlayış - Ölən və yaralananlar var

09:30 - 17 Noyabr 2021

Qazaxıstanda partlayış - Ölən və yaralananlar var

Qazaxıstanda qaz balonunun partlaması nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

Manset.az-ın xəbərinə görə, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralılar xəstəxanaya yerləşdirilib

Yanğınla nəticələnən partlayış Akmolinsk rayonunun Şortandı kəndində kazarma tipli evin mənzillərindən birində baş verib.

Hazırda yanğın söndürülüb. “Kazinform”un xəbərinə görə, alovun söndürülməsinə 39 yanğınsöndürən və 8 texnika cəlb olunub. Qeyd edilir ki, alov geniş ərazini əhatə edib.

İstintaq-əməliyyat qrupu və Akmolinsk vilayətinin yanğınsöndürmə laboratoriyası hadisənin səbəblərini və şəraitini müəyyənləşdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az