Zurabişvili ABŞ-dan kömək istədi

10:29 - 27 Yanvar 2025

Zurabişvili ABŞ-dan kömək istədi

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Ağ Evin hazırki sahibi Donald Trampı Gürcüstanı Rusiyadan qorumağa çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə The Hill yazır.

Nəşrin yazdığına görə, Zurabişvili ABŞ Prezidenti ilə görüşmək üçün şəxsi əlaqələrindən istifadə edir. Co Baydenin əvvəlki administrasiyası protokola əməl etməyə üstünlük verib və Zurabişvilini faktiki olaraq bloklayıb.

Jurnalistlər müəyyən ediblər ki, Gürcüstanın keçmiş lideri Trampa Rusiyanın respublikadan “oyun meydançası” kimi istifadə etdiyini başa salmaq niyyətindədir. Amerika Prezidenti regiona maraq göstərməsə, ölkə Rusiya və Çinin təsir dairəsinə düşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az