Netanyahu HƏMAS-ı “yeni nasistlər” adlandırdı

17:27 - 27 Yanvar 2025

Netanyahu HƏMAS-ı “yeni nasistlər” adlandırdı

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı “yeni nasistlər” adlandırıb.

 

O, bu barədə Holokost qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı bəyanatla çıxış edib.

"Mən bütün sivil ölkələri antisemitizmin özünü göstərdiyi yerdə - universitetlərdə, şəhər küçələrində və ya beynəlxalq təşkilatlarda qarşı-qarşıya qoymağa çağırıram", - o, deyib.

O, HƏMAS-ın yeni nasistlər olduğunu və yəhudi dövlətinin onları məğlub etməkdə qərarlı olduğunu bildirib.

 Holokost qurbanlarının Beynəlxalq Anım Günü hər il yanvarın 27-də qeyd olunur. Tarixi BMT Baş Assambleyası təyin edib. 1945-ci ilin bu günü Polşanın Osvensim konsentrasiya düşərgəsindən məhbusların azad edilməsinin xatirəsini qeyd etmək üçün seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az