Türkiyədə hoteldəki yanğının səbəbi MƏLUM OLDU

22:15 - 27 Yanvar 2025

Türkiyədə hoteldəki yanğının səbəbi MƏLUM OLDU

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.

 

Manset.az Haber7-ə istinadən xəbər verir ki, bu barədə istintaq materiallarında qeyd olunub.

Bildirilir ki, hotelin mətbəxində səhər yeməyi hazırlanarkən manqala tökülən yağ yanıb. Bundan sonra aşpazların yanğına səhv müdaxiləsi, həmçinin suyu yanlış qaydada tökməsi nəticəsində alov genişlənərək ətrafa yayılıb.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 79 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az