Avropa Komissiyası Avropa iqtisadiyyatını öldürür

12:33 - 27 Fevral 2025

Avropa Komissiyası Avropa iqtisadiyyatını öldürür

Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası danışıqlardan qorxduğu və ABŞ-la fikir ayrılıqlarını həll edə bilmədiyi üçün Avropa iqtisadiyyatını öldürür.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu fikri Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto bildirib.

"Brüssel bürokratiyası Avropa iqtisadiyyatını öldürür: Rusiyaya qarşı sanksiyalar, Çinin elektromobil sənayesinə tətbiq edilən tariflər və ABŞ-ilə danışıqlar apara bilməmək".

Onun fikrincə, bütün dünya, o cümlədən Brüssel və fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası bilirdi ki, Donald Tramp Avropa Birliyi ilə balanslaşdırılmış ticarət əlaqələri qurmaq istəyir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az