Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır

19:50 - 27 Fevral 2025

Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır

Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə müsbət münasibət göstərib.

 

Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, - nəşr yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bu məsələni müzakirə etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az