Boliviyada mədən qəzası nəticəsində 5 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə La Paz şəhərindən təxminən 149 kilometr aralıda yerləşən Larecaja bölgəsində baş verib.
Minanın çökməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Açıqlamada hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.